UberEats-in Hindistan əməliyyatlarını Zomato satın alır
Uber, UberEatsın Hindistandakı əməliyyatlarını Zomatoya satmaq üçün danışıqlara başladı. Xatırladaq ki, satınalma hazırda 400 milyon dollar dəyərindədir

Bundan əlavə, razılaşmanın bir hissəsi olaraq Uber, Zomatoda 150 ilə 200 milyon dollar arasında investisiya edə bilər. Lakin Uberin nümayəndəsi məsələyə münasibət bildirməkdən imtina etdi.
Hindistanın Times of India qəzetinin yazdığına görə, Uber və Zomato hələ də şərtlər üzərində danışıqlar aparırlar, ancaq saziş ilin sonuna qədər yekunlaşa bilər.
Uber 2017-ci ilin ortalarında, Hindistanda bir qida tədarükü xidməti olan UberEats-ı işə saldı. UberEats müştərilər qazanmaq üçün böyük endirimlər təklif edirdi. Bu, şirkətin öz məhsulunu satmaq istədiyini izah edir. UberEatsın gündəlik sifariş həcminin 600.000-dən aşağı düşdüyü də paylaşıan məlumatlar arasındadır. UberEats Hindistan və Cənub-Şərqi Asiya prezidenti Bhavik Rathod, Deepak Reddy kimi rəhbərlər şirkətdən ayrıldı. Bundan sonra UberEats çətinliklər yaşamağa başladı.
Uberin illik gəlirlərini elan edərkən, şirkətin direktoru Dara Khosrowshahi, UberEats Hindistanda sərt rəqabətlə üzləşdiyini qeyd etdi. Lakin şirkət qida paylanması sahəsində fəaliyyətini davam etdirəcəyini söylədi.