Uşaqların boyunu uzadan qidalar hansılardır?
Süd və onun qrupu ümumi bir ad adı altında toplanmasına baxmayaraq, südün digər süd məhsullarından fərqli bir əhəmiyyəti vardır. Gün ərzində 2 stəkan süd içmək nəinki boy artımını dəstəkləyəcək, uşağınızın sümük quruluşunu da gücləndirəcəkdir. Südün boy uzadmasını daha çox dəstəkləməsi üçün gecə yatmadan içilməsi vacibdir. Çünki bu saatda içilən süd böyümə hormonunun ifrazını təmin edəcəkdir.

Uşaqların boyunu uzadan qidalar
Süd

Süd məhsulları
İçərisində kalsium olan bu qrupa qatıq, ayran və pendir daxildir. Qatıq, xüsusilə də uşağınızın tərəvəz yediyi zaman boşqabında olmalıdır. Pendir yeməyən uşaqlar üçün pendirli yeməklər hazırlaya bilərsiniz.

Süd məhsulları
Brokoli
İmmunitet sisteminin möhkəmləndirilməsində və bədənin qorunmasında aparıcı rol oynayan Brokoli, uşağınızın boyunun uzanmasını təmin edən əhəmiyyətli tərəvəzdir. Uşaqlar tərəfindən bəyənilməsə də, müntəzəm olaraq yeyilməsi tövsiyyə olunur. Elmi tədqiqatlar göstərir ki, sevilməyən qidaların müəyyən qayda ilə yeyilməsi zamanla vərdiş yaradır.

Brokoli
Quru meyvələr
Qurudulmuş meyvələr yaxşı bir kalsium mənbəyidir. Buna görə uşağın boyunun uzanmasına kömək olar. Qəlyənaltı olaraq və ya süd ilə birliktə şəkər ehtiyacını ödəmək üçün uşağa yedizdirilir. Qurudulmuş meyvələrin istehlak miqdarı vacibdir. Çünki çox yeyilərsə, çəki problemlərinə səbəb ola bilərlər. Gün ərzində 4-5 quru ərik, 2 quru əncir və 1 ovuc qara kişmiş olaraq seçilməlidir.
Susam
Tərkibi yüksək kalsium olması səbəbi ilə uşaqların qidalanmasında vacib yeri vardır. Uşaqlara bəzi günlərdə çörək əvəzinə simit verilə bilər.

Susam və uşaqlarda boy
Ağ lobya
Ağ lobya kalsium ilə zəngindir. Uşaqların boyunun uzanmasına kömək olacaq bu qida yeməklərdə istifadə olunmalıdır.

Ağ lobya