Venesiya şəhərinə giriş ödənişli olacaq
İtaliyanın turistik şəhərlərindən olan Venesiya şəhərinə giriş 2020-ci ilin iyul ayından etibarən ziyarətçilər üçün ödənişli olacaq

venesiya şəhəri
İtaliyanın şimal-şərqindəki kanalları ilə məşhur tarixi Venesiya şəhərinə, bələdiyyə məclisində alınan qərarla gələn ilin iyulundan etibarən giriş haqqı tutulacaq. Yerli KİV-lərin xəbərlərinə görə Venesiya bələdiyyə Məclisi şəhərdə yaşamayanlardan 3 ila 8 avro arasında giriş haqqı alınmasına qərar verildi. Tarifin 2021-ci ildə artırılacağı 6 ilə 10 avro arası tətbiq ediləcək.
Şəhərə sıxlıq zaman aralığında girilməsi, ya da şəhərdə keçirilən vaxtın uzanması vəziyyətində qiymət dəyişəcək. Bir neçə ildir ki, İtaliyada olduğu kimi şəhərdə qalmağa gələnlərdən gecəlik yaşayış vergisi tutulur. Bu vergi şəhərə gündəlik gələnlər üçün də keçərli olacaqdır. İtaliya mediasındaki xəbərlərə əsasən şəhərin illik turist tutumunun təxminən 20 milyon olmasına baxmayaraq daha çox qonaq qəbul edir.