WhatsApp-dan daha bir yenilik
Dünyanın ən çox seçilən sürətli mesajlaşma tətbiqi olan WhatsApp, bu gündən etibarən, hansı insanların sizi qruplara əlavə edə biləcəyini təyin etməyə imkan verən yeni seçimini platformaya əlavə etdi.

ABŞ-ın sosial media nəhəngi Facebook-un xidmətlərindən biri olan WhatsApp, yeddidən yetmişə hərkəsin istifadə elədiyi bir xəbərləşmə tətbiqidir. Dünyada 2 milyarda çatan aktiv istifadəçi sayı ilə populyarlığını artırmağa davam edən platform nəhayət illərdir gözlənilən bir xüsusiyyəti təqdim etdi.
Bu gündən etibarən WhatsAppdaki yeniliklə sizi kimlərin qruplara əlavə edəbiləcəyini seçə biləcəksiniz. Yenilik, bu ilin əvvəlində ortaya çıxan daha bir gizlilik seçiminin davamıdır.
Əvvəlcə Hindistanda sınaqdan keçirilən yenilik “ Heç kim”, “Kontaktlarım” və “Hər kəs” olmaq üzrə kimlərin sizi qruplara əlavə edəbiləcəyini seçmə imkanı tanıyırdı. Yeni gizlilik WhatsApp istifadəçilərinin qruplarına nəzarəti daha da artıracaq.
Yeni xüsusiyyət tanımadığımız və danışmadığımız insanların sizi təsadüfi qruplara əlavə etməsinə mane olur. Başqa sözlə, hansı insanların sizi qruplara əlavə edə biləcəyini müəyyən etməyə imkan verir.
Ayarı aktivləşdirmək çox sadədir. Əvvəlcə telefonunuzda WhatsAppı açın və Parametrlər> Hesablar> Məxfilik bölməsinə keçin. Qruplar bölməsinə girdikdən sonra kimlərin sizi WhatsApp qrupuna əlavə edə biləcəyini seçə bilərsiniz.