WhatsApp-dan daha bir yenilik
Məşhur ünsiyyət tətbiqlərindən olan WhatsApp hər keçən gün daha keyfiyyətli hala gəlir. Tətbiq tərtibatçılarının istifadəçilərin rəyinə əsaslanaraq inkişaf etdirdiyini söyləyə bilərik. Yeniləmə sayəsində yeni xüsusiyyət istifadəçiləri məmnun edəcək.

telegram-və-whatsapp
WhatsApp bu yeniləməni rəsmi Twitter hesabında elan etdi. İndi gələn yeni xüsusiyyət sayəsində bir çox istifadəçinin yaşadığı problem həll olunduğu görünür.
Sosial media nəhəngi Facebook tərəfindən satın alınan WhatsApp hər gün özünü yeniləməyə davam edir və istifadəçilər üçün bir nömrəli seçim olaraq qalır.
Dünyada ən çox istifadə edilən mesajlaşma tətbiqlərindən biri olan WhatsApp yalnız 16 MB fayl göndərməyə icazə verirdi. İndi yeniləmə ilə 16 MB icazə 100 MB-a qədər artırıldı.
WhatsApp bu yeniləməni rəsmi Twitter hesabında elan etdi.
Bir mail göndərməlisiniz? Ancaq əlavədəki fayl çox böyükdür? O halda 100MB-a qədər oaln faylları göndərəbiləcəyiniz WhatsApp-dan istifadə edin
WhatsApp-ın rəqiblərindən olan Telegram bu paylaşıma cavab olaraq WhatsApp-dan götürərək açıqlama verdi.
Bir fayl göndərməlisiniz, ancaq fayl digər mesajlaşma tətbiqləri üçün çox böyükdür? Buna görə də 1.5 GB-a qədər fayl göndərə biləcəyiniz Telegram-ı sınayın.
Əlbəttə WhatsApp-ın yeniləməsi zəruri idi, lakin Telegram-ın fayl göndərmə icazəsi whatsApp-ın hazırkı versiyasından 15 qat daha yüksəkdir.