Whatsapp-dan Dark Mode rejimi
Whatsapp tərtibatçıları öz rəqiblərindəön geri qalmayaraq sözügedən messencerə də Dark Mode rejimini daxil etməyi qərara alıblar.

WabetaInfo saytının mütyəxəssisləri məşhur messencerin son beta versiyası olan Whatsapp 2.19.82-də Dark Mode rejimini aktivləşdirə biliblər. Yeni funsiya hələki hamı üçün aktiv deyil.

whatsapp-dark-mode
Təqdim olunmuş fotolardan da görmək olar ki, messencerdəki Dark Mode rejimi Facebook Messenger-dəki kimi qara deyil. Whatsapp-dakı bir qədər boz rəngdədir. Buna görə də o, AMOLED ekranlar üçün o qədər də uyğun gəlməyəcək. Lakin buna baxmayaraq bu rejim vasitəsilə messencerdən yaxşı işıqlandırılmamış mühitdə istifadə etmək daha rahat olacaq. Dark Mode rejiminin Whatsapp-da rəsmi olaraq nə zaman aktiv ediləcəyi barəsində heç bir məlumat yoxdur. Lakin ehtimal ki, bunun üçün çox gözləmək lazım gəlməyəcək.

WhatsApp Dark-Mode- görüntü