Xoşbəxtliyi başqa yerdə axtarmayın, sirri ondadır
Sağlıqlı qidalanma sadəcə yaşam səviyyənizi deyil, beyin sağlığınızı da qoruyur. Alzheimer və yaddaş itirmə xəstəliyə qarşı folik asid dəstəyi üçün lobya, noxud, ispanaq, şalqam və portağal kimi meyvə və tərəvəzlər qəbul olunmalıdı.

Üzüm- xoşbəxtliyin sirri
Cəmiyyətin əsas məqsədi sağlam yaşlanmaqla ilə birlikdə beynin sağlamlığını qorumaqdır. Elm dünyası, insan sağlamlığını təhdid edən müxtəlif ətraf mühit faktorlarının qarşısını almaq üçün işlərini davam etdirir. Oksidatif stressə yol açan UV şüaları, radiasiya, siqaret, stress, qablaşdırılan məhsullar, tarla dərmanları ətrafdakı faktorların başında gəlir. Beyin sağlamlığı ilə yanaşı, orqanizmamızın sağlamlığını da dəyişdirən, yaşlanma ilə bağlı saysız xəstəlik oksidatif stresin nəticəsidir.
Qidalar beyin bağlantılarını tənzimləyir
Tükəttiyimiz qidalar qısa-uzun vaxt emosional davranışımızı dəyişir. Beyin sağlığımızı qorumaq üçün qidalanmada nələrə diqqət edilməsini bilməyimiz vacibdir. Qidalanmada kalori məhdudlaşdırılması başda Alzheimer və Parkinson olmaq üzrə xüsusilə yaşla artan nörodejenerativ xəstəliklərə qarşı qoruyucu təsir göstərir.Qidalanmada yağ miqdarı və bu yağın tərkibi sağlam yaşlanmada vacibdir. Ümumiyyətlə, doymuş yağ, trans yağ, xolesterol istehlakı mənfi, doymamış yağ turşuları və omeqa-3 istehlakının müsbət təsir göztərdiyi təsdiqlənmişdir.
Hamilə qadınlar üçün folik asid vacibdir
Beyin inkişafı ana bətnində başladığı üçün folik asid yüksək olan qidalar istifadə etməsi vacibdir. Alzheimer və yaddaş itirmə riskinə qarşı da folik asid dəstəyi üçün noxud, ispanaq, şalgam, limon, portağal kimi qidalar qəbul olunmalıdır. B vitamini tərkibli banan, ət, balıq, yağsız süd, qatıq və yaşıl yarpaqlı tərəvəzlər istehlak etmək vacibdir. B vitamini yaddaş və beyin inkişafında xüsusi bir yer tutur. Eyni zamanda B vitamini yeni hüceyrələrin yaranmasında və var olan hüceyrələrin quruluşunu qoruyur. Beyin funksiyalarının daha düzgün işləməsi, yaddaşı gücləndirmək, daha sürətli düşünmək üçün omega 3 cəəhətdən zəngin olan balıqlar müəyyən aralıqla yeyilməlidir.

folik-asid- zəngin olan qidalar
Xoşbəxtliyin sirri üzümdə gizlidir
Beyində yaşlanma ilə ortaya çıxan geriləməyi də ləngitmək üçün E vitamini cəhətdən zəngin olan qoz, fındıq, yer fıstığı, susam, xətən toxumu yeyilməlidir. Dopamin (xoşbəxtlik hormonu) ifrazını artıran üzüm problem həll etmə qabiliyyətini artırır. Yüksək səviyədə antioksidan tərkibli çiyələk, markof, pomidor kimi bitkilər yaddaşı artıraraq beyni qoruyur. Pomidorlarda Alzheimer xəstəliyində hüceyrələrlə mübarizə aparan likopen var. Boranı tumunda isə yaddaş və düşünmə qabiliyyətlərini zənginləşdirən sink var. Brokoli K vitamini cəhətdən zəngindir.Çərəzlər və adaçayı yaddaşı inkişaf etdirən E vitamini qaynağıdır. Nəticədə düzənli, tərkibi zəngin və hər vitaminlə zəngin olan bir qidalanma tövsiyyə olunur. Həyat boyu sağlamlıq ancaq balanslı, müntəzəm qidalanma,və davamlı məşq proqramı ilə mümkündür. Həyatımızın hər bir mərhələsində qidalanmağımıza diqqət yetirməliyik