Yaşıl paytaxt- Lyublyana
Lyublyana-Sloveniyanın paytaxtı və ən böyük şəhəri. Yaşıllığı və təbii gözəllikləri ilə seçilən şəhər 2016-cı ildə European Green Capital mükafatını aldı. Lyublyana köhnə yə yeni şəhər olaraq 2 yerə bölünür. Mədəniyyət şəhəri olan Lyublyana bir çox təbii gözəllikləri və tarixi yerlərə sahibdir.

Lyublyana
Mərkəzi Avropa ölkəsi olan Sloveniyanın paytaxtı Lyublyanadır. Sloveniya, İtaliya, Xorvatiya, Macarıstan və Avstriya ilə əhatə olunmuşdur. 1991-ci il iyunun 25-də müstəqilliyini elan etdikdən sonra vətəndaş müharibəsindən az təsirlənmişdir. Onunla eyni taleyi paylaşan Bosniya-Herseqovina, Serbiya, Xorvatiyada qiyamət qoparkən, Sloveniya Belqraddan uzaq olmağın üstünlüyünü yaşadı. Bu səbəbdən tarixi binalar daxili müharibədən heç zərər görmədi. Ancaq Sloveniyanın son müharibədən zərər görmədiyini demək olmaz. İkinci dünya müharibəsində əhalinin 8 faizi ölmüşdür.

Lyublyana şəhərinin yuxarıdan görüntüsü
Lyublyana Slovenoyanın mədəni, siyasi və iqtisadi mərkəzidir. Yamyaşıl təbiəti və tarixi küçələrini görmək üçün şengen vizasına sahib olmaq lazımdır. Bu balaca ölkə 1 May 2014-cü ildən Avropa Birliyinə üzv olub. Paytaxt hər şeydən əvvəl öz yaşıllığı ilə seçilir. 2016-cı ildə Avropanın Yaşıl Paytaxt mükafatına layiq görülmüşdür.

Yaşıl paytaxt-Lyublyana
Paytaxt arxitekturasından mətbəxinə kimi Aralıq dənizi, Alman və Sloven qarışığını unikal şəkildə göstərir. Old Town ( Köhnə şəhər )Renaissance, Barok və Art Nouveau binalarının qarışığıdır. Köhnə şəhər mərkəzi dedikdə ağla ilk Preseren Meydanı gəlir. Bura turistlər və yerli əhali üçün toplanma nöqtəsidir. Şair Preserenin heykəlinin olduğu meydan çayın dərhal yanında yerləşir. Bu heykəl 1905-ci ildə Maks Fabiani və İvan Zajc tərəfindən hazırlanmış və Sloveniyanın böyük şairi Frane Preserenin xatirəsinə inşa edilmişdir. Lyublyanada bir çox meydan olmasına baxmayaraq buranın yeri ayrıdır.

Preseren Meydanı
Preseren meydanının iki ən xüsusi quruluşu Triple Bridge və Franciscan Kilsəsidır. Triple Bridge (Üçlü Körpü) Lyublyana çayı üzərindəki ən hərəkətli körpülərdən biridir. Üç körpünün birləşdiyi bu inşaatı layihələndirən Jose Plecnic sağ və sol tərəfdən piyada keçidi, ortadan tramvay və digər nəqliyyat üçün imkan yaratmışdır.
Köhnə Şəhərin ortasında yerləşən çay qırağındakı çəhrayı kilsə diqqətinizi cəlb edəcək. Franciscan Kilsəsinin gündüz ayrı, gecə işıqlandırılmasıyla ayrı gözəl olan inşaatı ilə yanaşı içindəki mərmər sütunları da göz qamaşdırır.

Franciscan kilsəsi
Lyublyana kanalı şəhərin içi ilə elə zərif axır ki, bir yanda çayın kənarıyla gəzmək, arada çayın ətrafındakı simvolları seyr etmək, ətrafdakı evlərə baxıb və Lyublyana şəhərindəki həyat haqqında düşünmək sizi dincəldir. Kanal yalnız ətrafında gəzmək, kafe-restoranlarda yeyib içmək üçün deyil, həm də gəmi ilə gəzinti üçün də son dərəcə rahatdır.

River Kanal
Gornji Street- Gornji küçəsi
Lyublyananın ən maraqlı küçəsi Gornji Street adlanır. Restoranlar, mağazalar, kafelər, küçənin hər iki tərəfində yerləşən köhnə tikililər buranı ön planda saxlayır.

Əjdaha körpüsü
Əfsanəyə görə əjdahanın öldürüldüyü yerdə Lyublyana şəhəri tikilib. Ona görə də şəhərin simvolu-güc, qüvvət mənasına gələn əjdahadır. Bütün suvenir mağazalarında əjdaha fiqurlu əşyalar tapmaq mümkündür. Bu əfsanəyə xitab olaraq dörd yaşıl əjdaha ilə inşa olunan Dragon Bridge Lyublyana çayının ən çox turist cəlb edən körpülərindən biridir. Yeri gəlmişkən Butchers Körpüsü və Shoemakers Körpüsü də Lyublyananın ən gözəl yerlərindəndir.

Lyublyana qalası
Orta əsrdən qalma Lyublyana qalası bütün şəhəri üstdən görməyə imkan verir. Təxminən 800 illik tarixə malik bu qalaya funikulyorla və ya 10 dəqiqəlik zəhmətli gedişlə çıxmaq mümkündür. Funikulyorla zirvəyə çəxmaq sizin enerjinizə qənaət edəcək. Bütün şəhəri görə biləcəyiniz bu yamyaşıl qala , Lyublyana və ətrafı haqqında geniş təəssürat yaradacaq.
Vodnik Meydanı yerli sakinlərlə bir araya gəlmək, yerli təamları dadmaq və alış-veriş üçün doğru yerdi. Burada geyimdən meyvə və tərəvəzə, kolbasadan çiçəklərə qədər hər şeyi tapa bilərsiniz, evdə hazırlanan yeməkləri dada bilər və əl işi hədiyyələrinə baxa bilərsiniz.
Ərazisinin Mərkəzi Avropanın zərif şəhərləriylə iç-içə yerləşməsi, müharibələrdən az təsirlənmiş olması ilə Lyublyana şanslı bir şəhərdir.