Yatmadan əvvəl smartfondan istifadə qan şəkərini artırır
Pəhriz və idman 2-ci tip diabetin müalicəsində mühüm rol oynayır. Mütəxəssislər, qan şəkərinin dəqiq səviyyəsini qorumaq üçün düzənli və sağlam dietlə yanaşı müntəzəm fiziki fəaliyyət tövsiyə edir. Ancaq tezliklə smartfonlardan ayrılmaq lazım ola bilər.

2-ci tip diabet bədənin düzgün işləməsi üçün kifayət qədər insulin istehsal etmədikdə və ya bədənin hüceyrələri insulinə reaksiya vermədikdə qanda şəkər miqdarının kontrolu itir. Aparılan yeni bir araşdırma gecə yuxudan bir saat əvvəl smartfondan istifadənin şəkər səviyyəsinin qəfil artmasına səbəb olduğu ortaya çıxdı.
“Fiziologiya və davranış” jurnalında dərc olunan araşdırma göstərir ki, qan şəkərində artım insanların yatmadan əvvəl elektron cihazlardan gələn süni işığa məruz qalmaları səbəbindən baş verir. “Zərərsiz olduğunu düşündüyünüz səviyyələrdə belə, gecə işığa məruz qalmaq bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər. Gecələr məruz qaldığımız işıq ətraf mühitin endokrin pozucusudur.
Bədənin gündəlik ritmi və ya təbii saatı 24 saatlıq günəş günlərinə əsaslanır. Bu sxem əslində bədənin endokrin toxumalarda normal hormonal ritmi idarə etməsinə kömək edir. Ancaq beyin gecələri işığa məruz qaldıqda, bədən saatı pozulur, yuxuya gedmək çətinləşir, şəkər artımına səbəb olan dəyişikliklər ortaya çıxır.
Elektron cihazlardan mavi işığa məruz qalmamaq üçün mavi işığa mane olan eynəklərdən istifadə edə bilərsiniz. Bədənin ritmini sinxronlaşdırmaq üçün gecələri işıqdan uzaq durmaq lazımdır. Yatmazdan əvvəl smartfon, planşet və televizordan istifadə bədəni həddən artıq işığa məruz qoyur.