Yenidən qayıtmağ istəyəcəyiniz fantastik otellər
Otellər müasir həyatın çox əhəmiyyətli və olduqca məşhur bir hissəsinə çevrilib. Getdikcə daha çox insan dincəlməyə və səyahət etməyə can atır. Otel biznesinin sahibləri daha çox müştəri cəlb etmək üçün istənilən vasitələrə əl atırlar.

Hotel Ascher Cliff – Isvecrə
Bəziləri təkrar olunmaz dizayn edərək, bəziləri xidmətin keyfiyyətini yüksəldərək, bəziləri isə dünya standartlarının da üstündə xidmət göstərərək müştəriləri cəlb edirlər. Müştərilərdə inanılmaz təəssürat qoyan ən möhtəşəm və fantastik otellərə nəzər salaq. Səyahətçi olmasanız da bu otellərə baxarkən, öz gözlərinizlə görmək üçün çantanızı yığıb səyahətə çıxmaq istəyəcəksiniz.
The Manta Resort – üzən otel (Zanzibar)

Pemba Island Hotel – Zanzibar – suyun altında

Pemba Island Hotel – Zanzibar – dənizin ortasında

Pemba Island Hotel – Zanzibar – ağ qumlu çimərlik

Pemba Island Hotel – Zanzibar – sualtı otaq
Hind Okeanının Zanzibar sahilinin yaxınlığında yerləşən kiçik Pempa adası bənzərsiz sualtı otel tikmək üçün sahiblərinə ilham qaynağı oldu. Bu ada şəffaf suyu, ağ qumu, mərcanları, zəngin flora və faunası ilə ideal tətil mərkəzinə çevrilib.
Üzən otel, ətrafdakı təbiətin bütün gözəlliklərini özündə əks etdirən 360 dərəcə mənzərəyə sahib panoromik pəncərələrlə əhatə olunub.
Fairy Chimney Inn (Kapadokiya – Türkiyə)

Fairy Chimney Inn – Turkiye – Kapadokiya – otelin mənzərəsi

Fairy Chimney Inn – Turkiye – Kapadokiya – otel otaöı

Fairy Chimney Inn – Turkiye – Kapadokiya – axşam sakitliyi

Fairy Chimney Inn – Turkiye – Kapadokiya – səmada gəzinti
Bu qeyri-adi Fairy Chimney İnn oteli, Görəmədə yerləşən Kapadokyanın məşhur “daş sütünlarının” tüflərindən oyulmuşdur. Daş otağları qonaqların bütün ehtiyaclarını qarşılamaq imkanına sahibdir. Otel ənənəvi şərq dizaynına sahib olsa da, eyni zamanda bütün müasir imkanlarla da təmin olunmuşdur.
Açıq hava terrası günün istənilən vaxtında sizi təbii mənzərəyə heyranedəcək.
Ice Hotel (Jukkasjärvi – İsveç)

Ice Hotel Jukkasjarvi – İsveç – Şimal şəfəqi

Ice Hotel Jukkasjarvi – İsveç – otel otağı

Ice Hotel Jukkasjarvi – İsveç – otel otağı

Ice Hotel Jukkasjarvi – İsveç – alovun ətrafında
Qar və buzdan inşa edilən bu inanılmaz otel, eyni dizaynla inşa edilən otellərin ən böyük olanıdır. 25 ildən artıqdır ki, dünyanın hər tərəfindən rəssamlar bura gəlib öz sənət əsərlərini yaradaraq, ziyarətçiləri heyran edirlər. Buz otaqları ilə yanaşı, otelin ərazisində fantastik kilsə var. Yeni evlənənlər burada nikah mərasimi keçirə bilər.
Hər mövsüm yeni bar və restoranlar yaradılır. Orada bütün yemək və içəcəkər yalnız buz qablarda servis olunur.
Free Spirit Spheres Hotel (Kanada)
Free Spirit Spheres oteli təbiətlə birliyi sevənlər üçün tam idealdır. Vankuver adasının mənzələri park ərazisində yerləşən otelin unikal otaqları ağac və modern materiallardan kürə şəklində hazırlanmışdır.
Heyranedici bu möhtəşəm otaqlar, eyni zamanda yerdən 3-4 metr hündürlükdə ağacdan asılı formadadırlar.
Kakslauttanen (Laplandiya – Finlandiya)

Kakslauttanen – Finlyandiya

Kakslauttanen – Finlyandiya – otel otağı
Bu turistik kompleks Kekkonen milli parkında yerləşir. Otel eskimosların tipik yaşayış evinə bənzər şüşə formalı komalardan ibarətdir. Komaların şüşələri qızdırıldığı üçün qar və buzla örtülmür. Rahat evinizdən çıxmadan şəffaf tavan sayəsində ulduzlu səma ilə yanaşı “Şimal Şəfəqini” də görmək mümkündür. Şimal Şəfəqi o mənzərələrdəndir ki, insan onu yalnız bilavasitə öz gözü ilə görməlidir.
Conrad Maldives Hotel (Maldiv adaları)

Conrad Maldives Hotel

Conrad Maldives Hotel – suyun altında

Conrad Maldives Hotel – gecə
Turistik lüks kompleks Conrad Maldives, Rangali və Rangali Finolu adlı körpü ilə bir-birinə bağlanan iki gözəl mənzərəli adada yerləşir. Bura həqiqətən yer kürəsinin cənnətidir.
Həm çimərlikdə, həm sahildə yerləşən gözəl mənzərəli villalar, heyratamiz təbiət və şəffaf okean sularından ibarət bu otel tətiliniz üçün ən yaxşı seçimlərdən biridir.
Hotel Ascher Cliff (İsveçrə)

Hotel Ascher Cliff – Isvecrə

Hotel Ascher Cliff – Isvecrə – teras
Bu qeyri-adi pansion 19-cu əsrdə kiçik Vaysbad kəndi yaxınlığında, İsveçrə Alplarının dağlıq ərazisində tikilmişdir. Otelə gedən yol özü də otel qədər heyranedicidir. Ekstremal tətil sevənlər, macəra axtarışında olanlar bura tələsə bilər!
Attrap Reves Hotel (Provans – Fransa)

Attrap Reves Hotel

Attrap Reves Hotel – otel otağı
Bu qeyri-adi otel şar formasında, səyyahların təbiətlə daha yaxın olması üçün nəzərdə tutulmuşdur. Çadırlardan fərli olaraq bu şarlar daha rahat və genişdir, nəm və həşəratlardan qorunacaq şəkildə dizayn olunmuşdur.
Fransanın ən gözəl yerlərinə səpələnmiş kiçik otel şəbəkəsi şişirdilmiş 3-5 şəffaf və yarı şəffaf balonlardan ibarətdir. Gözəl interyerə sahib bu otel otaqlarından çıxmadan ulduzlu səmanı seyr edə bilərsiniz.