“Yenilməz” Nəvaz Şərif 7 il azadlıqdan məhrum olundu
Pakistanın keçmiş baş naziri Nəvaz Şərif iki korrupsiya ittihamından birində bəraət qazanıb, digərində isə məhkum olunub.

Nəvaz Şərif (Nawaz Sharif) – Pakistanın keçmiş Baş naziri
İslamabad Antikorrupsiya Məhkəməsində Əl Əziziyyə Polad Kombinatında və “Flagship Investment” şirkətində korrupsiya faktına dair ayrıca iki proses keçirilib.
Birinci məsələ ilə bağlı sabiq hökumət başçısı 7 il müddətinə azadlıqdan məhrum edilməklə 2,5 milyon ABŞ dolları məbləğində cərimə olunub, ikinci məsələ ilə bağlı isə bəraət alıb.
Nəvaz Şərif birinci gün keçirilən məhkəmədə Səudi Ərəbistandakı sahib olduğu polad dəyirmanının mülkiyyəti üçün gəlir qaynağını sübut edə bilməyib, ancaq korrupsiya ittihamı üzrə bəraət almışdır.
Xatırladaq ki, bu il iyulun 6-da Nəvaz Şərif korrupsiyaya dair daha bir cinayət işi üzrə 10 il həbs cəzasına və 8 milyon dollarlıq cəriməyə məhkum olunmuşdu. Bu dəfə o, Londonda lüks mənzillərə sahib olması ilə bağlı ittiham olunmuşdu, amma apelyasiya qərarını gözləmək üçün sentyabrda həbsxadan sərbəst buraxılmışdı. Nəvaz Şərif həbsxanada olarkən, onun partiyası əsas seçkilərdə məğlub oldu.
Şərif ona qarşı olan bütün ittihamları rədd edir və ölkənin təhlükəsizliyinin təşkilatlar tərəfindən hədəf alındığını iddia edir.
“Əl-Cəzirə”nin müxbiri Kamal Hyder İslamabaddan olan məlumatlarına əsasən Şərifin partiyası olan Pakistan Müsəlman Liqası ciddi qərar verməlidir.
Onun siyası partiyası bu məsələyə ciddi yanaşacaq. Nəvaz Şərif-in Avenfield əmlakı ilə bağlı həbs olunması unudulmamalıdır. Onun vəkilləri əlbəttə, apelyasiya şikayəti verəcəklər, lakin bu bir qədər zaman alacaqdır. O, ilkin apelysiya şikayəti ilə bağlı qərarı da gözləməlidir.
Bazar ertəsi günü məhkəmədə ciddi təhlükəsizlik tədbirləri alınmışdı, buna baxmayaraq Şərifin tərəfdaşları ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaranıb. Polis göz yaşardıcı qazdan istifadə edərək vəziyyəti ələ ala bildi. Məhkəməyə gedən əsas prospektlər boyunca 1000-dən çox polis yerləşdirilmişdi.
Nəvaz Şərifin yeni mühakiməsi Pakistanın indiki baş naziri İmran Xanın korrupsiyaya qarşı ciddi mübarizə aparacağı vəd etməsi fonunda baş verir.
Xatırladaq ki, Şərif 3 dəfə baş nazir seçilmişdir. O, ilk dəfə 1993-cü ildə korrupsiya şübhəsiylə vəzifədən uzaqlaşdırılmışdır. 1997-ci ildə seçkilərində növbəti dəfə qalib gəlmişdir. 1999-cu ildə hərbi çevirilişdən sonra vəzifədən uzaqlaşdırılaraq sürgün olunmuşdur, ancaq 2007-ci ildə yenidən Pakistana qayıtmışdır və 2013-cü ildən keçən ilə kimi hakimiyyətdə qalmışdır. 2017-ci ildə ölkənin Ali məhkəməsi onun ömürlük olaraq siyasətlə məşğul olmasını qadağan edib.