Mark Zuckerberg-in bəzi köhnə paylaşımları "Facebook"dan silinib – Topic.az
Mark Zuckerberg-in bəzi köhnə paylaşımları “Facebook”dan silinib

Mark Zuckerberg-in bəzi köhnə paylaşımları “Facebook”dan silinib

Mark Zuckerberg-in Facebookdakı köhnə paylaşımları yoxa çıxıb. Sosial şəbəkə isə bunu texniki problemlər ilə əlaqələndirib. Silinmiş paylaşımlar arasında Mark Zuckerberg-in 2007-2008-ci illəri əhatə etmiş bütün paylaşımları yer alıb. Bundan əlavə olaraq 2012-ci ili də əhatə etmiş bir sıra paylaşımlar silinib. Məsələn 2012-ci ilin aprel ayında Mark Zuckerberg öz Facebook səhifəsində məşhur Instagram servisinin alınması barəsində məlumat paylaşmışdı və bir çox kütləvi informasiya vasitələri həmin paylaşıma istinad vermişdilər. Lakin indi həmin paylaşım Facebookda yoxdur.

Topic.az redaksiyası
Dərc olunma tarixi: 01.04.2019 Baxış sayı:  186 Müəllif: 
Mark Zuckerberg-Facebook

Mark Zuckerberg-Facebook

Sosial şəbəkə təmsilçiləri isə bildiriblər ki, həmin paylaşımlar texniki problem səbəbilə siliniblər. “Bir neçə il bundan öncə Mark-ın bəzi paylaşımları texniki problem səbəbilə silinmişdi. Onların bərpası üçün böyük həcmli iş görmək lazım idi. Baxmayaraq ki, silinmiş paylaşımların 100% bərpa olunacaqlarına zəmanət verilmirdi. Buna görə də biz həmin böyük həcmli işin görülməməsinə qərar verdik”- deyə şirkət təmsilçiləri bildiriblər. Facebookda dəqiq olaraq Mark-ın hansı sayda paylaşımının silinməsini bilmirlər. Bununla belə onlar qeyd ediblər ki, Facebookun əsas xəbərləri şirkət bloqunun arxivində saxlanılıb.

Business Insider düşünür ki, köhnə paylaşımların silinməsi öz növbəsində Facebook tarixçəsinin və Mark Zuckerberg-in verdiyi vədlərin analizini çətinləşdirəcək. Bu isə Facebook ilə son vaxtlarda baş vermiş bir çox qalmaqalın fonunda çox aktualdır. Məsələn məşhur Instagram servisinin alınması barəsində paylaşımında Mark söz vermişdi ki, fotoservis Facebookdan müstəqil şəkildə inkişaf etməyə davam edəcək. Lakin həmin vaxtdan bəri əksinə olaraq Instagram Facebook ilə sıx inteqrasiya edilir. Bəlkə də buna səbəb kimi keçən ilin sentyabr ayında Instagram-ın yaradıcıları şirkəti tərk etdilər.

Topic.az redaksiyası
Bu yazılar Topic.az saytının redaksiyası tərəfindən hazırlanmışdır. Yazılarda hər-hansı bir səhv, yalnış məlumat və ya digər problemlərə rast gəlsəniz info@topic.az elektron ünvanımıza yazmağınızı xahiş edirik.

Yaxın mövzular

Biznes və texnologiya   ⁄   05.11.2019   ⁄   51  baxış

Facebook loqotipini dəyişdirir

Facebook, WhatsApp və İnstaqram kimi digər məhsulları əsas Facebook tətbiqetməsindən fərqləndirmək üçün korporativ loqotipini dəyişdirir.

telegram-və-whatsapp
Biznes və texnologiya   ⁄   17.09.2019   ⁄   150  baxış

WhatsApp-dan daha bir yenilik

Məşhur ünsiyyət tətbiqlərindən olan WhatsApp hər keçən gün daha keyfiyyətli hala gəlir. Tətbiq tərtibatçılarının istifadəçilərin rəyinə əsaslanaraq inkişaf etdirdiyini söyləyə bilərik. Yeniləmə sayəsində yeni xüsusiyyət istifadəçiləri məmnun edəcək.

facebook-tasbi
Biznes və texnologiya   ⁄   23.07.2019   ⁄   117  baxış

Facebook Tasbi adlı qolbağı anons edib

Əgər gələcəkdə VR texnologiyalar yetəri qədər məşhurlaşsalar, onlar böyük ölçülü aksessuarlardan imtina etməli olacaqlar. Bununla belə onlar əvvəlki funksionallıqlarını saxlamalı olacaqlar. Buna görə də Facebook şirkəti Tasbi adlı qolbağı anons edib.

Facebook-Libra-kriptovalyuta
Biznes və texnologiya   ⁄   19.06.2019   ⁄   186  baxış

Facebook Libra adlı kriptovalyutasını təqdim etdi

Facebook şirkəti özünün blockchain layihəsi olan Calibra.com saytını təqdim edərək Libra adlı kriptovalyutasını anons etdi. Sözügedən layihənin inkişafı ilə Mastercard, Visa, Spotify, PayPal, eBay, Uber, Vodafone şirkətləri ilə Andreessen Horowitz və Thrive Capital vençur şirkətlərinin daxil olduqları konsorsium məşğul olacaq. 

Biznes və texnologiya, Uncategorized   ⁄   02.05.2019   ⁄   188  baxış

Facebook yeni dizaynını təqdim etdi

Gecə Facebook şirkəti F8 adlı tədbiri keçirdib. Həmin tədbirdə şirkət bir neçə yeni məhsullar anons etdi və varolan məhsullarda dizayn dəyişikliklərini elan etdi. Onların sırasında varolan sosial şəbəkənin dizayn dəyişikliyi, Messenger-in daha sadələşdirilmiş versiyası və s. var.

Facebook
Biznes və texnologiya   ⁄   25.04.2019   ⁄   194  baxış

Facebook cərimə üçün 3 milyard dollar vəsait ayırıb

Facebook şirkəti istifadəçi məlumatlarının sızdırılması ilə bağlı ABŞ-ın federal ticarət komissiyası tərəfindən aparılan istintaqın nəticəsində 3-5 milyard dollar dəyərində cərimə gözləyir.

Gündəm   ⁄   31.10.2019   ⁄   51  baxış

Twitter bütün siyasi reklamları qadağan edir

Dünyanın aparıcı sosial media platformalarından biri olan Twitter, noyabr ayından etibarən bütün siyasi reklamların qadağan ediləcəyini açıqladı.

Trump-Çin məhsullarına əlavə vergi
Gündəm   ⁄   06.08.2019   ⁄   121  baxış

Tramp Çin məhsullarına əlavə 10% vergi təyin etdi

Çinin ABŞ iqtisadiyyatına mənfi təsir göstərdiyindən əmin olan Donald Tramp 2018-ci ildən bəri Çindən olan məhsullara əlavə vergilər təyin edir. Nəticə olaraq ABŞ prezidenti yeni qərar qəbul edib. Belə ki, bu ilin 1 sentyabr tarixindən başlayaraq Çindən olan məhsullara əlavə 10% vergi təyin olunacaq. 

Google şirkəti
Gündəm   ⁄   25.07.2019   ⁄   147  baxış

Google şirkəti 11 milyon dollar təzminat ödəyəcək

Google şirkəti yaşlarına görə işə götürülmədikləri səbəbilə əməkdaşlar tərəfindən qaldırılmış məhkəmə iddiasının nizamlanması üçün 11 milyon dollar vəsaitində təzminatın ödənilməsini qəbul edib. Bu barədə  Təzminatı yaşı 40-dan başlayan 227 nəfər insan əldə edəcək. Bu isə hər bir şəxs üçün 35.000$ deməkdir.

iran-pasport möhür
Gündəm   ⁄   21.06.2019   ⁄   251  baxış

İran turist pasportlarına möhür vurmayacaq

İranın dövlət sözcüsü Əli Rəbii İrana gedən xarici turistlərin pasportlarına İran möhürünün vurulmayacağını açıqladı.

Gündəm   ⁄   21.05.2019   ⁄   322  baxış

Vladimir Zelenskiy kimdir?

Ukraynada 2019-cu ilin aprel ayında prezident seçkiləri keçirildi. Seçkilərin hər iki turunda “KVN”çi və şoumen Vladimir Zelenskiy qalib gəldi. O, 73% səslə öncəki prezident Petro Poroshenkonu xeyli geridə qoydu. Ukrayna xalqı yəhudi əsilli olan yeni prezidentə böyük ümidlər bəsləyir. Gəlin onula yaxından tanış olaq.

Gündəm   ⁄   16.04.2019   ⁄   382  baxış

Notr-Dam kilsəsi yandı

Fransanın paytaxtı Parisin simvollarından olan  Notr-dam Kilsəsinın damında dünən axşam yanğın başladı. Alovlar qısa zaman ərzində tarixi binanı bürüyərkən 96 metr uzunluğundakı ən böyük qüllə ətrafdakıların göz yaşları və çarəsiz baxışları arasında düşdü. 6 saat davam edən yanğından sonra kilsə yararsız hala gəldi.

Reklam

Son yazılar

Həyat tərzi   ⁄   13.11.2019   ⁄   45  baxış

Çində Alzheimer üçün dərman təsdiqləndi

Alzheimer üçün uzun illərdir davam edən cəhdlərdən və təcrübələrdən biri nəhayət uğur qazandı. Çinli bir dərman şirkəti, dəniz yosunu istifadə edərək Alzheimer müalicəsini inkişaf etdirdi və Çin dərmanı təsdiqlədi.

Həyat tərzi   ⁄   13.11.2019   ⁄   41  baxış

Elm adamları, insan nəslinin yox olma ehtimalını izah etdi

Ingiltərədəki Oksford Universitetinin alimləri, apardığı təqdiqatlar ilə insan nəslinin tükənmə ehtimalını hesabladılar. Tədqiqata görə, nəslimizin tükənməsi bir insana ildırım vurmasından daha çoxdur.

Biznes və texnologiya   ⁄   12.11.2019   ⁄   42  baxış

Lexus-un ilk elektrikli maşının təqdimat tarixi bilindi

Lexus da elektrikli avtomobil bazarına girməyə hazırlaşır. Şirkətin ilk elektrikli avtomobili və loqotipinin təqdimatı ortaya çıxdı. Avtomobil sənayesində bir çox böyük və kiçik şirkətlər elektrik modellərə yönəlirlər. Bu şirkətlərdən biri də Lexusdur. Şirkətin ilk elektrik modelləri bu ayın sonlarında təqdim ediləcək. Nəqliyyat vasitəsinin loqotipi də məlumdur.

Biznes və texnologiya   ⁄   12.11.2019   ⁄   39  baxış

Amazon 2020-ci ildə qida marketləri açmağa hazırlaşır

Elektron ticarət nəhəngi Amazon, kassalarsız mağazalardan sonra olduqca ənənəvi və normal kassalara sahib qida marketləri açmağa hazırlaşır. Şirkətin dediklərinə görə yeni marketlər, digərlərinə görə olduqca ucuz olacaq.

Həyat tərzi   ⁄   08.11.2019   ⁄   48  baxış

Faydaları dərman kimi olan kələm

Dolması, şorbası, turşusu həm də salatı hazırlanan ağ kələm, ləzzətli qış tərəvəzlərindəndir. Gül kələmi, brokkoli kimi kələmçiçəyikimilər  fəsiləsinə aiddir.

Biznes və texnologiya   ⁄   07.11.2019   ⁄   44  baxış

İddia: Huawei, Hakerləri Münhendə gizli bir tədbirə dəvət edib

Çinin texnologiya nəhəngi Huawei’nin dünyanın ən yaxşı smartfon hakerlərindən bəzilərinin Münhendə gizli bir tədbirə dəvət etdiyi iddia olundu.

Biznes və texnologiya   ⁄   07.11.2019   ⁄   108  baxış

WhatsApp-dan daha bir yenilik

Dünyanın ən çox seçilən sürətli mesajlaşma tətbiqi olan WhatsApp, bu gündən etibarən, hansı insanların sizi qruplara əlavə edə biləcəyini təyin etməyə imkan verən yeni seçimini platformaya əlavə etdi.

Biznes və texnologiya   ⁄   06.11.2019   ⁄   41  baxış

Microsoft məlumatı 1000 il qoruyan sistem üzərində işləyir

Microsoft və Warner Bros., 1000 il istifadə oluna biləcək bir texnologiya üzərində işləyir. “Project Silica” adlanan bu layihə silika şüşəsində məlumatların saxlanmasını əsas götürür.

Biznes və texnologiya   ⁄   06.11.2019   ⁄   80  baxış

WhatsApp-ın Android Beta versiyası Yenilənib

WhatsApp-ın Android üçün beta versiyası yeniləndi. 2.19.315″ kodu ilə təqdim olunan bu versiya istifadəçilərə bir çox yeni emoji təklif edir. WhatsAppın yeni funksiyaları bütün istifadəçilərə nə zaman təqdim edəcəyi hələ məlum deyil.

Biznes və texnologiya   ⁄   06.11.2019   ⁄   41  baxış

Uber, 2019-cu ilin üçüncü rübündə 1,1 milyard dollar zərər etdi

Beynəlxalq nəqliyyat xidməti olan Uber 2019-cu ilin üçüncü maliyyə rübündə 3,81 milyard gəlir əldə etdi. Keçən ilin eyni dövrü ilə müqayisədə gəlirlərini 30% artıran ABŞ şirkəti, 1,16 milyard dollar zərərdən qaça bilmədi.